Göydən üç
alma düşdü...
Hacıqabul rayon Mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə şəhər klubunda “Göydən üç alma düşdü...” adlı nağıl gecəsi keçirilib. Nağıl gecəsində şəhərin 2, 4, 8 saylı tam orta məktəblərinin aşağı sinif şagirdləri iştirak ediblər.
Uşaq şöbəsinin
kitabxanaçısı Anaxanım Nuriyeva
nağıl həvəskarlarına kitabxananın fondunda olan kiçikhəcmli
hekayə və nağıllar haqqında məlumat verib. Məktəblilər Azərbaycan və
digər xalqların nağıllarından ibarət kitablarla tanış olublar.
Sonra Abdulla Şaiqin “Tıq-tıq xanım”,
uşaqların “Gülzar nənə” kimi tanıdıqları Gülzar
İbrahimovanın “Supərisi”, Sevinc
Nuruqızının “Ağ xoruzun hekayəti” nağıllarının ucadan oxusu keçirilib.
Bir anlıq özlərini sehrli
nağıllar aləmində hiss edən balacalar xoş anlar yaşayıblar.
Mədəniyyət.-2015.- 1 iyul.-
S. 13.