Mətbuat
Şurası mükafata layiq görülüb
Xəbər
verdiyimiz kimi, mayın 27-dən 31-dək Rusiya Federasiyası
Tatarıstan Respublikasının Kazan şəhərində
Türk Dünyası Jurnalistləri Şurasının II
toplantısı keçirilib.
20 ölkədən 200-dən artıq nümayəndənin qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və qurumun idarə heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət təmsil edib.
Toplantı iştirakçıları öncə gətirdikləri qəzet və jurnalların nümunələri əsasında hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan guşəsi böyük maraqla qarşılanıb.
Tədbirdə dünyada söz və ifadə azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar açıqlanıb, türk dünyasının müştərək problemlərinə münasibətdə medianın yanaşma tərzini əks etdirən məqamlar təhlil edilib.
Mətbuat Şurasının sədri Ə.Amaşov toplantıdakı məruzəsində türk dünyası ilə bağlı media qurumlarının əhəmiyyətindən danışıb. Qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya keçidin xüsusiyyətlərindən, türk dünyası mediasının mövcud dünya düzənində rolundan söz açan Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinə də toxunub, Azərbaycanda jurnalistikanın vəziyyəti barədə məlumat verib.
Toplantıda Azərbaycan Mətbuat
Şurası Türk Dünyası Jurnalistləri
Federasiyasının “Türk dünyası media
mükafatı”na layiq görülüb.
Mədəniyyət.- 2015.- 3 iyun.-
S. 15.