“Müstəqilliyimizin
nəbzi”
Mayın 27-də
İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 97-ci ildönümünə həsr
edilmiş “Müstəqilliyimizin nəbzi” adlı tədbir
keçirildi.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” və “Xocalı Soyqırımını Tanıtma” ictimai birlikləri ilə birgə təşkil edilən tədbirdə çıxış edən İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi Xalq Cümhuriyyətinin Azərbaycan və ümumilikdə müsəlman Şərqi tarixində böyük hadisə olduğunu vurğuladı: “1918-ci il mayın 28-də Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan xalqının dövlətçilik ənənələri bərpa olundu. Milli rəmzlərimiz, ordumuz və dövlətin bir çox strukturları yaradıldı. İstiqlal Muzeyi də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır”.
Fəridə Şəmsi Respublika Günü münasibətilə iştirakçıları təbrik edərək, ölkəmizin daha da güclənməsini və ərazi bütövlüyünün bərpa olunmasını arzu etdi.
“Xocalı Soyqırımını Tanıtma”
İctimai Birliyinin sədri Şamil Sabiroğlu və digər
çıxış edənlər Xalq Cümhuriyyətinin
mövcud olduğu 23 ay müddətində görülən
işlərdən söhbət açdılar. Azərbaycan
Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk
dünyəvi, demokratik, parlamentli respublika olduğu
vurğulandı.
Mədəniyyət.- 2015.- 3 iyun.-
S. 13.
Sonra iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə türkiyəli rəssam İlhan İşbaşı və azərbaycanlı rəssamlar Səyyar Əliyev, Zaur Mirzəyev və Bayram Bayramovun əl işləri nümayiş olunur.
Tədbirdə Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və digər qonaqlar iştirak edirdilər.
Fariz Hüseynov