Uşaq yazıçılarının məktəblilərlə görüşü

1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə Suraxanı rayonu Ə.Eyvazov adına 275 saylı tam orta məktəbdə uşaq yazıçıları Reyhan Yusifqızı və Sevinc Nuruqızı ilə görüş keçirilib. Tədbiri məktəbin direktoru Elmira İsmayılova açaraq qonaqları salamlayıb və sözü məktəblilərə verib.

Şagirdlər Reyhan Yusifqızının “Tələtin sirri” və “Hamıdan qəşəng”, Sevinc Nuruqızının “Ağca və Cupbulu”, “Xeyirxah parabüzən” əsərləri əsasında hazırlanan səhnəciklər göstəriblər. Məktəbin şagirdlərinin, həmçinin 258 saylı bağçanın uşaqlarının ifasında mahnı və rəqs nömrələri də maraqla qarşılanıb. Sonda Reyhan Yusifqızı və Sevinc Nuruqızı çıxış edərək suallara cavab veriblər.

 

Mədəniyyət.- 2015.- 3 iyun.- 13.