Astarada Əməkdar
rəssamın yubileyi qeyd edilib
Astara rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Fərman Qulamovun 70 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbiri Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov açıb, sonra rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin yubilyara ünvanlanan təbriki oxunub.
Astara Dövlət Rəsm Qalereyasının
direktoru Naibə Mustafayeva, fırça ustası Heybət
Hüseynov və başqaları çıxış edərək
qocaman rəssama yeni yaradıcılıq uğurları
arzulayıblar. Sonda yubilyar Fərman Qulamov tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2015.- 3 iyun.- S. 12.