Bayramda onlar da unudulmadı

İyunun 1-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Nizami rayonundakı Daun sindromlu şəxslərin Reabilitasiya Mərkəzində Beynəlxalq Uşaqları Müdafiə Günü ilə əlaqədar konsert keçirilib.

Mərkəzin direktoru Natella Həsənova bildirib ki, rayon mədəniyyət evinin, R.Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbinin və 33 nömrəli uşaq musiqi məktəbinin kollektivləri rəngarəng çıxışları ilə uşaqlara sevinc bəxş ediblər.

Mərkəzin uşaqlarının ifasında “Turp” nağılı, “Azərbaycan”, “İncəli”, “Şənlik”, “Hind” rəqsləri təqdim olunub. Sonda uşaqlara bayram hədiyyələri paylanıb.

 

Mədəniyyət.- 2015.- 3 iyun.- S. 7.