Turizm və Menecment Universitetində tədris ilinə yekun vurulub
Azərbaycan Turizm və Menecment Universitetində
(ATMU) yekun dövlət
attestasiya imtahanları,
buraxılış işlərinin
və magistr dissertasiyalarının müdafiəsi
keçirilib. Ali məktəbin
11 bakalavr ixtisası üzrə 241 tələbəsi
imtahanda iştirak edib. Ümumilikdə
212 nəfər bakalavr
tələbə müvəffəq
qiymət alaraq ölkə Prezidenti İlham Əliyevin 22 dekabr 2014-cü il
tarixli sərəncamı
ilə ATİ-nin bazasında yaradılan
ATMU-nun ilk məzunları olublar.
Magistr pilləsi üzrə təhsili başa vuran 32 nəfərdən
30-u magistr dərəcəsi
alıb.
Azərbaycan Turizm və Menecment Universitetinin
2014/2015-ci tədris ili üzrə məzun buraxılış
mərasiminin iyulun 8-də
keçirilməsi nəzərdə
tutulub.
Mədəniyyət.- 2015.- 3 iyun.- S. 3.