Azərbaycanlı və türkiyəli ifaçıların Hyustonda konserti

Türkiyəli tanınmış opera müğənnisi Oya Ergün məşhur azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq ilə birlikdə ABŞ-ın Hyuston şəhərində konsert verib.

Konsert şəhərin “Christ the King” lüteran kilsəsində Türkiyənin Hyustondakı baş konsulluğu, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, SOCAR və Türk Hava Yollarının dəstəyi ilə keçirilib.

Tamaşaçıların sırasında Türkiyənin Hyustondakı baş konsulu Ferhat Alkan, Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova, diplomatik korpusun nümayəndələri və amerikalı sakinlər olublar. İki saata yaxın davam edən konsert anşlaqla keçib.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S.