Səməd Vurğunun xatirəsi yad edilib

Səməd Vurğunun ev-muzeyinin təşkilatçılığı ilə mayın 27-də Xalq şairinin vəfatının 59-cu ildönümü ilə bağlı Fəxri xiyabanda anım mərasimi keçirilib. Mərasimdə muzeyin baş mühafizi Xanım Şadlinskaya şairin yaradıcılığından, poeziyasından danışıb. Şairlər Vəli Qaraçaylı, Zərəngiz Dəmir Qayalı, filologiya üzrə fəlsəfə doktorları Salatın Əhmədli, Fəridə Ləman, Aslan Salmansoy, Nəzakət Qafqazlı, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, Əməkdar mədəniyyət işçisi Mirəhməd Əsgərov və digər çıxış edənlər şairin xatirəsini yad ediblər. İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Vurğun” poeziya teatrının üzvləri Səməd Vurğunun şeirlərini söyləyiblər.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 15.