Yazıçı
Afaq Məsud Rusiya akademiyasına üzv seçilib
Əməkdar incəsənət xadimi, yazıçı-tərcüməçi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Rusiya-Azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsi, ədəbiyyatların qarşılıqlı təbliği və tanıdılması istiqamətində göstərdiyi xidmətlərə görə Rusiyanın Pyotr Elm və İncəsənət Akademiyasının (Petrovskaə akademiə nauk i iskusstva) akademiki seçilib.
Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Tərcümə Mərkəzindən
bildirilib ki, qurum öz sıralarında elm, mədəniyyət
və ədəbiyyat sahəsində böyük nailiyyətlər
qazanmış bir çox ictimai və dövlət xadimlərini
birləşdirir. Yazıçı Afaq Məsud Pyotr
Akademiyasının üzvü seçilmiş ilk azərbaycanlıdır.
Mədəniyyət.- 2015.- 5 iyun.-
S. 13.