“Bu şəhərdə kimsə yoxdur”

Yazıçı Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” adlı romanı çapdan çıxıb. Müəllif sayca 20-ci kitabında fərqli bir üsluba müraciət edib. Kitab psixoloji roman üslubunda, gerçək hadisələr fonunda qələmə alınıb. Əsərin qəhrəmanı öz iç aləmini, daxilindəki boşluğu belə ifadə edir: «Bu şəhər insanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Nəticədə bütün bu dünyada sən təksən».

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 13.