Millətin Bəxtiyar şairi

Astara rayon Mərkəzi kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyinə həsr olunmuş “Millətin Bəxtiyar şairi” mövzusunda yubiley tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon MKS-nin direktoru Tural Eyvazov Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında məlumat verib. Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova qeyd edib ki, şairin əsərləri ingilis, fransız, alman, fars, türk, ispan, macar dillərinə tərcümə edilib.

Publisist Aqil Yaqub, rayon Təhsil Şöbəsinin müdir müavini, şair Faiq Həsənov, kitabxanaçı, şairə Sakitə Əliyeva, şəhər 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Zümrüd Ərçəyeva və kitabxananın uşaq şöbəsinin müdiri Gülüstan Dadaşovanın çıxışları dinlənilib. M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəbin şagirdləri şairin şeirlərini və “Gülüstan” poemasından parçaları səsləndiriblər.

 

Natəvan Mədətzadə,

Astara rayon Mərkəzi kitabxanasının şöbə müdiri

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 12.