“Turizmin əsasları”
dərsliyi hazırlanır
Azərbaycan Turizm və Menecment Universitetinin turizm biznesi kafedrasının müəllimlərinin və Vətəndaş Təşəbbüsləri Mərkəzinin mütəxəssislərinin iştirakı ilə «Turizmin əsasları» kitabı hazırlanır. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanan kitab universitet tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulub.
Layihənin əlaqələndiricisi Çingiz
Güləliyevin sözlərinə görə, Azərbaycanda
turizm xidmətləri sektoru sürətlə genişlənməkdədir.
Turizm sektorunda dayanıqlı inkişafın təmin edilməsi
fəaliyyət göstərən kadrların bilik və
bacarığından çox asılıdır. O qeyd edib ki,
tədris proqramına uyğun olaraq hazırlanan yeni dərslikdə
turizmin tənzimlənməsinin nəzəri əsasları,
prinsip və metodları müasir bazar iqtisadiyyatı şəraitinə
əsaslanaraq yazılacaq. Kitabda turizmin idarəçilik
üsulunu və metodlarını ehtiva edən məlumatlara
üstünlük veriləcək.
Mədəniyyət.- 2015.- 5 iyun.-
S. 7.