Gənc istedadlar
Uşaq Musiqi Akademiyasında
İyunun 1-də Rusiya Federasiyasının Samara vilayətində işə başlayan MDB və Baltikyanı ölkələrin V Uşaq Musiqi Akademiyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın istedadlı gənc musiqiçilər də iştirak edirlər.
SSRİ Xalq artisti Yuri Başmetin himayəsi
altında keçirilən tədbirdə Q.Qarayev adına Mərkəzi
İncəsənət Məktəbinin şagirdləri Zərrin
Əliyeva (violin) və Orxan Hüseynov (violonçel), Bakı
şəhər L. və M.Rostropoviçlər adına 21
nömrəli onbirillik musiqi məktəbinin şagirdi Xəyalə
Cavadvend (fleyta) ölkəmizi təmsil edirlər. İyunun 8-dək
davam edəcək tədbir müddətində görkəmli
musiqiçilərlə görüşlər və ustad dərslərinin
keçirilməsi planlaşdırılır.
Mədəniyyət.- 2015.- 5 iyun.- S. 6.