“TRT Avaz”da “Qarabağın səssiz harayı”

“TRT Avaz” telekanalında “Qarabağın səssiz harayı” filmi barədə veriliş yayımlanıb. Verilişdə filmdən fraqmentlər göstərilib, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və törətdiyi qanlı terror aktlarının ağır nəticələrinə dair şərhlər verilib.

Xatırladaq ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bu ilin martında Türkiyə Radio Televiziya (TRT) qurumunun təşkilatçılığı ilə Ankarada “Qarabağın səssiz harayı” filminin təqdimatı keçirilib. Beş bölümdən ibarət bu film daha sonra “TRT Avaz” kanalında tam şəkildə yayımlanıb.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S.. 5.