Lənkəran
Dram Teatrının səhnəsində “Cəhənnəm
yuxuları”
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Elçinin “Cəhənnəm yuxuları” pyesi əsasında hazırlanan tamaşanın premyerası olub. Səhnə əsərində ötən əsrdə Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejiminin dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs olunur.
Tamaşanın quruluşçu rejissoru
Gümrah Ömər, quruluşçu rəssamı Tərlan
Sadıqov, musiqi tərtibatçısı Fərahim
Sadıqovdur. Əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar
artist Adil Zeynalov, aktyorlardan Əbülfəz Axundov,
Qızılgül Quliyeva, Aynur Əhmədova və Tərlan
Abdullayev ifa ediblər.
Mədəniyyət.- 2015.- 5 iyun.-
S. 5.