“Eşqin tikan dairəsi” mükafata layiq görülüb

 

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yaradıcı kollektivi dramaturq İftixarın “Eşqin tikan dairəsi” adlı əsərinin tamaşası ilə Türkiyənin Dənizli şəhərində beynəlxalq teatr festivalında uğurla çıxış edib.

Tamaşanın quruluşçu rejissoru, tərtibatçı rəssamı, musiqi tərtibatçısı Turqay Vəlizadə, xoreoqrafı Aslan Məmmədovdur. Rolları Aslan Məmmədov Marianna Məmmədova və Turqay Vəlizadə ifa edirlər.

Tamaşa Gürcüstan, Azərbaycan, Bolqarıstan və İrandan ümumilikdə 30 teatr kollektivinin iştirak etdiyi festivalda təşkilatçı Dənizli böyük şəhər bələdiyyəsi tərəfindən mükafata layiq görülüb.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 4.