Frederik Şopenin
musiqisi səsləndirilib
İyunun 3-də Niyazinin mənzil-muzeyində böyük polyak bəstəkarı Frederik Şopenin yaradıcılığına həsr edilmiş konsert keçirilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə gerçəkləşən konsertdən öncə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək bəstəkarın yaradıcılığından söhbət açıb.
Sonra söz musiqiyə verilib. Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professorları
Ülviyyə Hacıbəyova, Leyla Məmmədəliyeva,
Əməkdar artist Nərgiz Kərimova, Yelena Boqoyevskaya,
Bülbül adına orta ixtisas musiqi məktəbi, Leopold və
Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik
musiqi məktəbinin şagirdlərinin ifasında
F.Şopenin əsərləri səsləndirilib.
Mədəniyyət.- 2015.- 5 iyun.-
S. 4.