Türkdilli
ölkələrin yazarları paytaxtımızda bir araya gəliblər
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan” adlı layihə çərçivəsində türkdilli dövlətlərin yazıçı və şairləri ölkəmizə gəliblər.
Qonaqlar iyunun 3-də Azərbaycan Mətbuat Şurasında olublar. Şuranın sədri Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Şimali Kipr Türk Respublikasının Mətbuat Şurasının sədri Züleyha Karaman, Türk Hərəkət Partiyasının və Makedoniya parlamentinin üzvü Enes İbrahim, Tatar Gəncləri Birliyinin üzvü Fanil Gilyazov, Kocaeli Yazarlar Birliyinin üzvü Alptekin Cevherli, Özbəkistan nümayəndəsi Oygül Suymənova və başqaları belə layihələrin türkdilli xalqların mədəniyyətinin inkişafına dəyərli töhfələr verəcəyini söyləyiblər.
Qonaqlar təmsil etdikləri təşkilatların
fəxri diplomlarını Mətbuat Şurasının sədrinə
təqdim ediblər.
Mədəniyyət.- 2015.- 5 iyun.-
S. 2.