“Müstəqilliyimizin
təməli”
Beyləqan Tarix-Diyarşünaslıq Muzeyində Respublika Gününə həsr edilmiş “Müstəqilliyimizin təməli” adlı elmi-nəzəri konfrans keçirilib. Tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib.
Muzeyin direktoru M.İsgəndərova, muzeyin işçiləri N.İmanova, A.İsmayılova, Ə.Nəbiyeva, N saylı hərbi hissənin komandiri, kapitan Orxan Rüstəmov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti barədə danışıblar.
Muzeyin bələdçisi A.Namazova ekspozisiya
salonunda yerləşən “Azərbaycan Demokratik
Respublikası” adlı bölmə haqqında ətraflı məlumat
verib. Sonda muzeyin ekspozisiya salonuna və açıq səma
altındakı abidə muzey kompleksinə baxış
keçirilib.
Mədəniyyət.- 2015.- 10 iyun.-
S. 11.