Cənubi Azərbaycanın
ədəbi portretləri
“Sabah” nəşriyyatında AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə Pərvanə Məmmədlinin “Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər” kitabının I cildi çapdan çıxıb. Kitabda XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən müəlliflər haqqında oçerklər yer alıb.
Topluda Mirzağa Təbrizi, Həsən
Rüşdiyyə, Tağı Rüfət, Həbib Sahir,
Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə, Həmid
Nitqi, Məmmədəli Fərzanə, Cavad Heyət, Məmmədtağı
Zehtabi, Haşim Tərlan, Sönməz, Səhənd, Əli Təbrizli,
Qulamrza Səbri, Rza Bərahəni, Əli Kəmali və
başqaları haqqında məlumatlar verilib. Həmçinin
öz yaradıcılığında cənub mövzusuna
geniş yer ayıran Azərbaycanın tanınmış ədəbi
simaları - Xalq yazıçısı Mirzə İbrahimov və
Xalq şairi Rəsul Rza haqqında da müəllifin portret
oçerkləri dərc olunub.
Mədəniyyət.- 2015.- 10 iyun.- S. 11.