Belçika nəşri
Gürcüstanın və Azərbaycanın turizmindən
yazıb
Belçikanın «EurActiv» nəşrində professor Giorgi Meladzenin Gürcüstana və Azərbaycana turist axınının artması barədə məqaləsi dərc olunub. Müəllif qeyd edir ki, hər iki ölkə xarici turistlərə əsrarəngiz təbiət, memarlıq inciləri və qədim tarixi abidələr təqdim edir. Hər iki ölkə iqtisadiyyatın bu sektoruna böyük sərmayələr yatırır. Müəllif xatırladır ki, «Lonely Planet» adlı turizm nəşri Gürcüstanı «dünyanın ən gözəl ölkələrindən biri» adlandırır, bir çox başqa nəşrlərdə isə Azərbaycan «Qafqazın incisi» kimi təqdim olunur.
Məqalədə o da vurğulanır ki, Azərbaycanın
paytaxtı Bakı birinci Avropa Oyunlarında minlərlə
turist və 6 mindən çox idmançı qəbul edəcək,
Gürcüstanda isə Avropanın müxtəlif ölkələrindən
olan təqribən 4 min atletin iştirak edəcəyi gənclər
arasında Avropa Olimpiya Festivalı keçiriləcək.
Mədəniyyət.- 2015.- 10 iyun.-
S. 6.