Mədəni
dialoqda ənənə və müasirlik
Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Mədəni dialoq: etnik ənənələr və müasirlik” layihəsinə yekun vurulub. Layihə rəhbəri Nərgiz Məmmədzadənin sözlərinə görə, Balakən, Qəbələ, İsmayıllı, Qax, Lənkəran rayonlarını təmsil edən 70-dən çox gəncin iştirakı ilə multikulturalizm, tolerantlıq, ölkə ərazisində yaşayan etnik xalqlar və mədəniyyətlərarası dialoq haqqında müzakirələr aparılıb.
İyunun 8-də Bakıda “Mədəni dialoq:
etnik ənənlər və müasirlik” layihəsi çərçivəsində
növbəti seminar keçirilib. Seminarda müxtəlif
rayonları və təhsil ocaqlarını təmsil edən tələbə
və gənclər, o cümlədən Avropa
Oyunlarının könüllüləri iştirak ediblər.
Müzakirələr zamanı gənclər mənsub
olduqları bölgələrin adət-ənənələri,
mədəni həyatı və müasir dövrdəki vəziyyəti
haqqında məlumat veriblər. N.Məmmədzadə layihənin
icrasında yaxından iştirakına görə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi və
Qafqaz müsəlmanları İdarəsinin əməkdaşlarına
və ekspertlərə minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2015.- 12 iyun.-
S. 11.