Samuxda muğam gecəsi

 

Samux rayonundakı Heydər Əliyev Mərkəzi və Sərkar kənd musiqi məktəbinin təşəbbüsü və təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş muğam gecəsi keçirilib. İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Mərkəzin direktoru Aygün Həsənzadə, Gəncə Dövlət Universitetinin dosenti Ziyafət Bayramova ümummilli liderin Azərbaycanın zəngin irsinə, milli mənəvi sərvətlərimizə böyük dəyər verməsindən söhbət açıblar.

Tədbir Sərkar kənd və Samux şəhər musiqi məktəblərinin yetirmələrinin muğam ifaları ilə davam edib.

 

Mədəniyyət.- 2015.- 12 iyun.- S. 11.