Media Kəndində
yerli və əcnəbi jurnalistlər üçün əyləncəli
gecə
İyunun 10-da “Bakı-2015” birinci Avropa Oyunlarının Media kəndində yerli və əcnəbi jurnalistlər üçün əyləncəli gecə təşkil olunub. 800-dən artıq jurnalistin qatıldığı tədbirdə Azərbaycanın milli musiqi aləti olan tarın və Avropa musiqi alətlərinin ifasında səsləndirilən könül oxşayan musiqi parçaları xarici jurnalistlər tərəfindən hərarətli alqışlarla qarşılanıb. “Bakı-2015” Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru Ceyn Pirs birinci Avropa Oyunlarını işıqlandıracaq jurnalistləri salamlayaraq onlara uğurlar arzulayıb.
Gecədə Azərbaycanın milli musiqiləri,
o cümlədən “Sarı gəlin” və digər
mahnılar səsləndirilib. Maraqlı məqamlardan biri də
yerli və xarici jurnalistlərin “Yallı” rəqsini birgə
ifa etmələri olub. Sonra əyləncə gecəsi öz
ahəngi ilə davam edib.
Mədəniyyət.- 2015.- 12 iyun.-
S. 8.