“Azərbaycan mətbəxi”
kitabı beynəlxalq müsabiqədə qalib gəlib
İyunun 9-da
Çinin Yantay şəhərində keçirilən
"Gourmand World Cookbook Awards" müsabiqəsində “Azərbaycan
mətbəxi” ("The Azerbaijani Kitchen") kulinariya kitabı
"Ən yaxşı Şərqi Avropa mətbəx
kitabı" nominasiyasında 1-ci yeri qazanıb. Tədbirdə
ölkəmizi kitabın müəllifləri Tahir
Əmiraslanov və Leyla Rəhmanova təmsil edib.
Kitab Azərbaycanın milli mətbəxinin və kulinariya ənənələrinin beynəlxalq səviyyədə təqdim və təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə Böyük Britaniyanın “Saqi Books” nəşriyyatı tərəfindən nəşr olunub və beynəlxalq səviyyədə keçirilən "Gourmand World Cookbook Awards" müsabiqəsi çərçivəsində bir neçə mərhələni keçərək finala çıxıb.
Dünyanın 125 ölkəsindən yüzlərlə
nominantın və minlərlə kitabın iştirak etdiyi
müsabiqədə "The Azerbaijani Kitchen" kulinariya
kitabı ilə yanaşı, Azərbaycan mətbəxindən
bəhs edən daha 3 kitab qalib olub. Bunlar Rusiyanı təmsil
edən həmyerlimiz Stalik Xankişiyevin "Kazan.
Kulinarnıy samouçitelğ (Uzbekistan, Rossiə, Azerbaydjan)",
ABŞ-da yaşayan soydaşımız Fəridə
Buyuranın "Pomegranates and Saffron (A culinary journey to
Azerbaijan)" və İran təmsilçisi Samirə Cənnətdostun
(Təbriz) "Samira's İnternational Cookbook"
kitablarıdır.
Mədəniyyət.- 2015.- 12 iyun.-
S. 4.