Atletlər kəndində
“Azərbaycan el sənəti”
I Avropa Oyunlarının Atletlər kəndindəki Mədəniyyət və Turizm Mərkəzində Azərbaycan Xalça Muzeyinin "Azərbaycan el sənəti" sərgisi təşkil edilib. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva I Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışında iştirak edərkən sərgi ilə də yaxından tanış olublar.
İyunun 8-dən “Azərbaycan el sənəti" sərgisi tədbir iştirakçılarını qəbul etməyə başlayıb. Sərgidə muzeyin kolleksiyasından olan xalça, xalça məmulatları, bədii metal, eyni zamanda zərgərlik, tikmə, milli geyim nümunələrini əks etdirən fotoşəkillər nümayiş olunur.
Dünyada şöhrəti günü-gündən
artan Azərbaycan xalçaları, maddi-mədəni irsimiz, qədim
adət-ənənələrimiz, xalqımızın məişəti,
fəlsəfəsi, dünyagörüşü sərgiyə
gələn tamaşaçılarda böyük maraq
oyadır. Qonaqlar hana arxasında xalça toxuyan toxuculara
qatılaraq, xalçalarımızın toxunma texnologiyası
ilə yaxından tanış olur, onlarla birgə xalça
toxuyurlar. Qonaqlar milli geyimlərimizdə şəkil çəkdirməyə
də böyük həvəs göstərirlər.
Mədəniyyət.- 2015.- 12 iyun.-
S. 2.