“Bakıda rəqqas”
İyunun 10-da Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə romalı memar və fotoqraf Simon Geranın “Bakıda rəqqas” adlı fotosərgisi açılıb. Layihənin məqsədi rəqsin bəşəri dili ilə “mükəmməl məkanın” arxitektura quruluşunu və əraziyə məxsus özəlliyi vəhdətdə göstərməkdir. Bütün fotolarda rəqqas gərgin iş prosesində çəkilib.
Tədbirdə çıxış edən
müəllif fotolarını Bakı ilə yanaşı,
Avropanın müxtəlif şəhərlərində -
Madrid, London, Roma, Berlin, Paris və Sankt-Peterburqda çəkdiyini
bildirib. Qeyd edib ki, “Bakıda rəqqas” sərgisi son altı
ildə davam edən layihənin bir hissəsidir. Sərgi iyunun
30-dək davam edəcək.
Mədəniyyət.- 2015.- 12 iyun.-
S. 2.