Misir Mədəniyyət
Mərkəzi əməkdaşlığı genişləndirir
Misir Ərəb
Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət
Mərkəzi ölkəmizin elm və mədəniyyət təşkilatları,
ictimai qurumlarla əlaqələrini genişləndirir.
Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) Folklor İnstitutunun direktoru Muxtar İmanov və professor
Əli Şamil Misir Mədəniyyət Mərkəzində
olublar.
Mərkəzin müdiri Əhməd Sami Elaydi qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Söhbət zamanı AMEA Folklor İnstitutu Misirin aidiyyəti qurumları ilə əməkdaşlıq müqavilələrinin bağlanılması, Misirdə nəşr olunan folklor haqqında kitabların Azərbaycan dilinə, Azərbaycan folkloru haqqında kitabların ərəb dilinə tərcümə olunması, Folklor İnstitutunun əməkdaşlarının Misir Mədəniyyət Mərkəzində tədris olunan ərəb dili kurslarında iştirakı barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Misir arxivlərində Azərbaycanla bağlı əlyazmaların nüsxələrinin əldə olunması və “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq müştərək tədbirlərin keçirilməsi haqqında təkliflər müzakirə olunub.
* * *
Misir Mədəniyyət Mərkəzində
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu
ilə də tanışlıq görüşü
keçirilib. Mərkəzin müdiri Əhməd Sami Elaydi
qonağa öz fəaliyyətləri, həyata keçirilən
layihələr barədə məlumat verib. Azərbaycandakı
ərəb səfirlikləri ilə birgə görüşlərin,
mətbuat nümayəndələrinin
qarşılıqlı səfərlərinin təşkilinin
əhəmiyyəti vurğulanıb. Azərbaycan həqiqətlərini
əks etdirən məlumatların, nəşrlərin ərəb
dilinə tərcümə olunaraq ərəb dünyasına
çatdırılması və bir sıra təkliflər
müzakirə olunub.
Mədəniyyət.- 2015.- 17 iyun.-
S. 15.