“Nağıllar aləmində”

 

Gənclər Milli Dram Teatrının səhnəsində

 

İyunun 11-də Akademik Milli Dram Teatrında “Nağıllar aləmində” adlı yeni tamaşanın premyerası olub. Folklor nümunələri əsasında hazırlanmış tamaşanın bədii rəhbəri professor İsrafil İsrafilov, quruluşçu rejissoru Xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur.

Birhissəli nağıl-tamaşa tanınmış aktrisa Bəsti Cəfərovanın sənət karyerasında ilk rejissor işidir. Bu dəfə sənət meydanını Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavrmagistr pilləsində oxuyan tələblərinə həvalə edən Xalq artisti böyük həyəcan hissi keçirdiyini deyib: "Mən aktrisayamrejissorluq kimi böyük bir iddiam yoxdur. Mədəniyyət və İncəsənət Universitetində təhsil alan istedadlı tələbələrdən bir neçəsini, həmçinin Akademik Milli Dram Teatrında fəaliyyət göstərən teatr studiyasının gənc aktyorlarını xalq nağılları əsasında hazırladığım "Nağıllar aləmində" tamaşasına cəlb etmişəm. Bu təşəbbüsü teatrımızın direktoru İsrafil İsrafilov irəli sürüb. Düşünürəm ki, gənclərə belə geniş meydanın verilməsi alqışlanmalıdır. Bu tamaşada ilk dəfə olaraq qızım Fidan Cəfərova da çıxış edir. Fidan bizim universitetin rejissorluq fakültəsini bitirib. Gənc rejissor kimi bir neçə qısametrajlı film çəkib. İlk dəfə aktrisa kimi bizim teatrda səhnəyə çıxır".

Tamaşada Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızı papaq), Günel İmanova (Qoğal), Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov (Baba, Tülkü), Adil Dəmirov (Məngül), Murad İsmayılov (Bəy), Ülvi Həsənov (Canavar) və Əlləz Əhmədov (Aşıq) rol alıb.

Azərbaycan xalq nağılları əsasında hazırlanan səhnə əsərində atalar sözlərindən, el məsəllərindən istifadə edilib. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 5.