Avropa Oyunları
günlərində Bakıda konsert proqramları
I Avropa Oyunları günlərində Mədəniyyət və Turizm Nazirliyi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə ölkəmizə gələn turistlər üçün maraqlı konsert proqramları hazırlanıb. Oyunlar zamanı konsert proqramı ilə çıxış etmək üçün bir sıra dünya şöhrətli solistlər, dirijorlar və musiqi kollektivləri şəhərimizə dəvət olunub.
İyunun 16-da Beynəlxalq Muğam Mərkəzində Latın Amerikası musiqilərini təqdim edən “Sexteto Mayor” qrupunun konserti olub. İyunun 19-da Azərbaycan Dövlət Filarmoniyasında İstanbul Opera və Balet Teatrının dirijoru, Əməkdar incəsənət xadimi Elşad Bağırovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
20 iyunda Heydər Əliyev Sarayında İsrailin “Kibbutz Contemporary Dance Company” ansamblı Heydər Əliyev Sarayında modern rəqs proqramını təqdim edəcək. 21 iyunda Azərbaycan Dövlət Filarmoniyasında “Ondekoza: Japanese Demon Drummers Revives Earth" (Yaponiya) konsert proqramları təqdim ediləcək.
22 iyunda Heydər Əliyev Sarayında Alla Duxovanın
“Todes” balet qrupu, iyunun 24-də Azərbaycan Dövlət
Filarmoniyasında "The Great Italy" və Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri
çıxış edəcək. Dirijor Marçello
Rotadır (İtaliya). 26 iyun tarixində Heydər Əliyev
Sarayında “Rhythm of the Dance: "Back to our Irish Roots"
konserti keçiriləcək.
Mədəniyyət.- 2015.- 17 iyun.-
S. 3.