“Büllur sarayda”
nümayiş olunub
İlk Avropa Oyunları ilə bağlı teatrlarımız xüsusi olaraq hazırladıqları repertuarı təqdim edirlər. Səməd Vurğun adına Rus Dram Teatrında İlyas Əfəndiyevin “Büllur sarayda” tamaşası nümayiş olunub. Tamaşanın rejissoru, Xalq artisti Aleksandr Şarovski, bəstəkarı, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadədir.
Rolları Xalq artisti Fuad Poladov, əməkdar
artistlərdən Natalya Şarovskaya, Fuad Osmanov, Natalya Baliyeva
və başqaları ifa edir. Rus Dram Teatrının gənc
aktyorları Oleq Əmirbəyov, Teymur Rəhimov və aktrisa
Natəvan Hacıyeva tamaşada ilk dəfə oynayıblar. Səhnə
əsəri növbəti dəfə iyunun 25-də təqdim
ediləcək.
Mədəniyyət.- 2015.- 17 iyun.-
S. 2.