“Odlar yurdu - rəqs ruhu”

 

İyunun 14-də Heydər Əliyev Sarayında “Odlar yurdu - rəqs ruhu” adlı Azərbaycanın ən güclü rəqs kollektivlərinin illik hesabat konserti keçirilib. Konsertdə ötən il beynəlxalq mükafatlara layiq görülən rəqqaslar və xoreoqraflar çıxış edib. Səhnədə rəqs kollektivləri tərəfindən xalq, milli, müasir, salsa, baçata, tanqo, hip-hop, brek-dans və balet üslubunda müxtəlif rəqslər nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təqdim olunan bu layihənin məqsədi ölkəmizi təmsil edən yüksək səviyyəli rəqqasların dünya səhnəsində tanıdılması və rəqsin gənclərin sağlam həyat tərzi kimi təşviq olunmasıdır.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 2.