Bizim aktyor Süleymanımız!

 

Yaxud, məlum və məşhur filmdən sonra tək elə “bizimyox, hamımızın Cəbiş müəllimimiz...

 

Başlığı “Bizim aktyor Süleymanımız!” kimi vurğulamağımın əsas səbəbi isə sənət aləmimizdə adlı-sanlı Süleymanların çoxluğu ilə ilgilidir; sözügedən qəhrəmanımızla həm adaş, həm soyaddaş - bəstəkar Ələsgərov Süleyman, yazıçı Rəhimov Süleyman, xanəndə Abdullayev Süleyman, qarabağlı Qaçaq Süleymanbir də... məşhuri-cahan “kələkbaz” - “Halal olsun, Süleyman!..”

 

Maraqlı tarixi olaylar, böyük ictimai-siyasi hadisələr kimi, bəzən, “xüsusi isimlər” də (sözün hər iki mənasında) düşüncə, yazı-pozu mətləblərinin “saqqız”ını oğurlayır. Belə ki, ola bilsin, düz yüz il əvvəl Bakıda anadan olmuş (20 iyun 1915) bu Ağababa oğluna bu adın verilməsinin bir arğacı da, yuxarıda sadalananların sonuncusundan keçib. Nədən ki, köhnə bakılılar demiş, - o vaxt artıq iki-üç ilmiş nəinki peşəkar və yakustarteatrlar, hətta bu oyaq-oynaq şəhərin məhəllə və küçələri də “Məşdibad”, “Arşın mal” səhnələrinə çevrilibmişo çağlardan etibarən yeni zərb-məsəllər dəyərində işlədilən “Heç hənanın yeridir?!”, “-Pulun var? -Bir anbar!” kimi nümunələrlə bahəm, “yarı görüb-bəyənmə” kəşfi hesab edilən “Halal olsun, Süleyman!” ariyası da tez-tez səslənirmiş. Beləliklə, xəlqi-şifahi statistikanın da təsdiq etdiyi kimi, o dövr doğulmuşlarında əksəriyyət təşkil edən Gülnaz, Sərvər, Gülçöhrə, Əsgər adlarından biri də həmin bu isim olur...

Ələsgərovlar ailəsində adi biradqoyduya rəvac verən həmin o sənət aləmi, teatral ab-hava, sən demə, bir azdan övlad Süleymanı əbədi sənət ömürlüyündə gözəl birimzaqoyduya səsləyəcəkmiş...

 

O səs...

 

...məhəllə uşaqları içərisində hələ lap uşaqlıqdan seçilən bu Kəsi, ürəyi istəmədiyi bir neçə sənət-peşə ünvanlarını “dolangəl”dən sonra, öz təbirilə desək, “ahənrüba-dilrüba teatr aləmi”nə səsləyəcəkmiş. Onun həmin o könlündəniraq ünvanlardan ikisinin adını çəkmək kifayət; sonralar yaradacağı saysız-hesabsız obrazlardan yalnız biri - “sabunbişirən”ilə “səsləşən” Maliyyə Texnikumu və buradakı üçillikçifayda” təhsildən sonra, dördüncü kursundan buraxacağı Azərbaycan Dövlət Tibb İnstitutu (ADTU).

Bütün bu “yarımçıq”lıqlar onun hələ 17 yaşında ikən - 1932-ci ildə “Dənizçilərin mədəniyyət evinin dram dərnəyində çıxdığı və dadı damağından getmədiyi səhnə sənətindən yana imiş. 1936-cı ilin sentyabrında isə o, müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrına aktyor götürülür, düz 63 il - ömrünün sonunadək burada çalışır.

Görkəmli aktyorun bu məşhur teatrın səhnəsində ifa etdiyi rolların hamısından nəinki bəhs etmək, hətta onları sadalayıb başa çıxmaq belə dramatik bir məsələ. Lakin bir-birini əvəz edən teatrsevər nəsillərin son iki-üç qisminin də xatırladığı obrazlardan bir neçəsini yad etmək mümkün; M.Seyidzadənin “Qızıl quş” pyesində Polad, Y.Əzimzadənin “Nəsrəddin”ində Fərzəli bəy, A.Şaiqin “Fitnə” və “Qaraca qız”ında Vəzir, Oruc, N.V.Qoqolun “Evlənmə” və “Müfəttiş”ində Kaçkaryov, Poçt müdiri, J.B.MolyerinSkapenin kələkləri”ndə Arqant, M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər” və “Xırs quldurbasan”ında Hacı Nuru, Molla Salman, Namaz, N.Vəzirovun “Hacı Qəmbər”ində Molla Səfi və Hacı Qəmbər, U.ŞekspirinRomeoCülyetta” və “İki veronalı”sında Lorenso, Valentin, C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”ndə Naçalnik, C.Cabbarlının “Yaşar”ında Yaşar, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”ında Musa, E.VoyniçinOvodunda Montanelli...

Sənət səhnəsində yaratdıqlarının heç onda biriolmayan bu rollar həmkarları içərisində “əlahiddə xarakterkimi də tanınan bu orijinal aktyorun mükəmməl “həyati şəxsiyyət obrazı”nı da yaratmış oldu. Onu böyük ekrana dəvət etdilər, maraqlı televiziya tamaşaları və səhnəciklərinin (o illərin tele-brendi hesab edilən “Səhər görüşləri” və s.), “radio teatrı” deyilən verilişlərin daimi, bəzənsə əvəzolumaz persona və personajlarına çevrildi. Cəzbedici görünüş və maneraları, maraqlı jestləri, yapışıqlı səsi ilə 30-dan çox kino-telelentdə bütöv bir filmoqrafiya bioqrafiyası yaratdı ki, bu yığcam yazıda onların da, yalnız bir qismini sadalamaq mümkün: “Babamızın babasının babası”, “Babək”, “Bakıda küləklər əsir”, “Bəxtiyar”, “Bizim Cəbiş müəllim”, “Dağlarda döyüş”, “İstintaq davam edir”...

...Dəvət və cəlb edilsə də, nədənsə heç də həmişə istedad-qabiliyyət imkanlarına müqabil obrazlar qıyılmayan bu gözəl aktyorumuzun iştirak etdiyi həmin filmlər içərisində elə birisivar ki, onu belə də tərif-təqdimləmək olar: -

 

Filmlər filminin obrazlar obrazı!..

 

Əlbəttə, “Bizim Cəbiş müəllim”!

Bu məxsusi nidalanmadan sonra başlıqda atdığım “oxun “yay”ı; Süleyman Ələsgərov bu gözəl, bu kolorital, millətimizin ən milli-klassik və ən müasir-ultra müsbətlərini vəhdətdə təcəssüm etdirən filmdəki xalqabənzər obrazı ilə nəinki ssenari-rejissura traktovkasında ehtiva edilən hansısa bir məhəlləyə məxsus müəllim, bütövlükdə vahid məmləkət Müəllimi təsiri bağışlayır. Məncə, bu filmdəki Cəbiş kişi tək elə Azərbaycan kinosunun ən universal-etiketal ekran obrazı və ya Süleyman Ələsgərovun ən uğurlu, ən populyar aktyor obrazı kimi yox, ümumən, Azərbaycan cəmiyyətinin hələlik ən mükəmməl Müəllim Obrazı kimi də baxılır.

Siz hələ onun rejissor mizan-düzənlərinin “işləmədiyi” bəzi hal-əhvallarını xatırlayın! Məcburiyyət üzündən “çaşıb” bir kərə sabun bişirməsindən yana yaşadığı xəcalət hisslərinə xəyallanın. Lap antik filosoflardan biri - dünyanın bivəfalığı acığına günlərini künc-bucaqlarda (bəzən hətta çəlləkdə) keçirən, lakin bir gün arvadının və ətrafının “Sən çox fərasətsizsən” qınağına (habelə tezliklə baş verəsi aclıq-səfalət səbəbilə şəhərin çirk-çirkaba bürünəcəyi öncəgörməsinə) rəğmən sabun bişirib, müvəqqəti milyonçu olmuş Diogen kimi.

Cəbiş müəllimin arvadının qınaq-etirazları isə bütöv birkriminal fəlsəfə”! Özübu, yalnız elə kinofilmçilər işi yox! Bu, səhnə və ekran dünyamızdan kənarlaşması ilə sənət qurucularından çox, tamaşaçıları “zəbun” edən Şəfiqə xanım Məmmədova korifeyliyilə ilişkili! Zənnimcə, Şəfiqə xanım o arvad rolundakı o pəstahları bu səviyyədə çıxarmasaydı, Süleyman Ələsgərov da bu bütövlüklü, bu ölçü-biçili, bu əndazəli Cəbiş müəllim ola bilməzdi. Bu iki əks qütblülərin dahiyanə “intriqa”ları, hacət-höcətləri dövrün ümumi, bəzən də şəxsi-konkret situasiyalarını sərgiləməklə yanaşı, tamaşaçılara ailə-məişət dərsləri də deməkdə...

Bu məqam gözlərim önündə Cəbiş müəllimin ən dramatik höcətkənlik cizgiləri canlandı və vaxtilə Şəfiqə xanımın həmin nüanslar barədə dediyi sözlər yadıma düşdü: “Süleyman müəllim elə şirin insandır ki, adam onu həyatda da sancıb-cırnatmaq istəyir!..”

Sabah bu şirin adamın, Xalq artistinin, 10 dekabr 1998-ci ildə Bakıda vəfat etmiş sənətkarımızın 100 yaşı tamam olur.

Allah rəhmət eləsin...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 19 iyun.- S. 13.