“Odlar yurdunun min bir rəngi”
Lüksemburqda Azərbaycanın qadın
rəssamlarının sərgisi
İyunun 15-də Lüksemburqdakı
“Qarabağ” Azərbaycan
Mədəniyyət Assosiasiyasının
sərgi zalında “Odlar yurdunun min bir rəngi” adı altında gənc azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət
ekspozisiya açılıb. Sərgi Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının maliyyə
yardımı ilə reallaşdırılıb.
Mərasimi assosiasiyanın birinci
katibi Eva Rodik açaraq tədbirin əhəmiyyətindən danışıb,
qonaqları Odlar yurdunun min bir rəngi ilə yaxından tanış
olmağa çağırıb.
Tədbirin təşkilatçısı, “Sönməz məşəl”
Mədəni Əlaqələr
İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva çıxış
edərək layihənin
məqsəd və məramı barədə
ətraflı məlumat
verib. Qeyd edib ki, layihənin
məqsədi avropalıları
Azərbaycanda gedən
inkişafla bir daha tanış
etmək, ölkəmizin
gözəllikləri, tarixi
abidələri, mədəniyyəti
və incəsənəti
barədə onlarda aydın təsəvvür
yaratmaqdır. Təsadüfi deyil ki, nümayiş
olunan əsərlər
içərisində Qarabağ
mövzusu xüsusi yer tutur.
Şəhla Nağıyeva bu
günlər Azərbaycan
paytaxtının ilk Avropa
Oyunlarına ev
sahibliyi etdiyini diqqətə çatdırıb
və yarışlarda
Azərbaycan təmsilçilərinin
uğurlu iştirakı
barədə qonaqlara məlumat verib. Qeyd edək ki, sərgidə
“Baku-2015” Avropa Oyunları
mövzusunda da rəsmlər nümayiş
olunur.
Əsərləri nümayiş edilən
gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı
və Günay Həsənova tədbirə
gələn qonaqları
salamlayıb, bu layihənin reallaşmasına
verdiyi dəstəyə
görə Azərbaycan
dövlətinə təşəkkür
ediblər.
Tədbirdə Azərbaycanın Belçika
və Lüksemburqdakı
səfirliyinin əməkdaşları,
Azərbaycan-Lüksemburq Ticarət
Palatasının nümayəndələri,
Lüksemburqun mədəniyyət
və maliyyə dairələrinin təmsilçiləri,
rəssamlar və şəhər sakinləri
iştirak ediblər. Gənc rəssamlar
Azərbaycan haqqında
qonaqların suallarını
cavablandırıblar.
Sərgi iyun ayının 20-dək
davam edəcək.
Mədəniyyət.- 2015.- 19 iyun.- S. 8.