“Bakının xəritəsini
çəkərək”
YAY qalereyasında “Mövcudluğun dözülməz yüngüllüyü” adlı ekspozisiya
YARAT Müasir İncəsənət Mərkəzinin İçərişəhərdəki YAY qalereyasında “Mövcudluğun dözülməz yüngüllüyü” adlı sərgi açılıb. Sərgidə Yaxın Şərq və Şimali Amerika ölkələrini təmsil edən dörd rəssamın əsərləri nümayiş etdirilir.
Dubayda yerləşən Quadro qalereyasının tərəfdaşlığı ilə hazırlanan sərgidə Kamil Zəkəriyyə, Məhəmməd Əhməd İbrahim, Roberto Lopardo və Manal Əl-Doveyn foto, çap və heykəltəraşlıq kimi müxtəlif texnikalar vasitəsilə ərsəyə gətirdikləri əl işlərini təqdim ediblər. Əsərlərin başlıca mövzusu şəxsiyyət, ev və yaddaş arasında qarşılıqlı əlaqədir.
Layihə iştirakçılarından Roberto Lopardo
“Bakının xəritəsini çəkərək” (Mapping Baku) adlı əsərini
məxsusi olaraq bu sərgi
üçün hazırlayıb. Sərginin
açılışına qatılanlar burada
nümayiş olunan əsərləri
böyük maraqla
qarşılayıblar. Avqustun 31-dək davam edəcək “Mövcudluğun
dözülməz yüngüllüyü”
adlı sərgiyə giriş sərbəstdir.
Mədəniyyət.- 2015.- 19 iyun.-
S. 8.