Muzeydə polşalı qonaqlarla görüş

 

“Bakı-2015” Avropa Oyunları ilə bağlı mədəniyyət proqramları çərçivəsində Polşanın Azərbaycandakı səfiri Marek Tsalka və həyat yoldaşı Malqojata Tsalka, məşhur polyak bəstəkarı Kşiştof Penderetskinin həyat yoldaşı, L.V.Betxoven adına Assosiasiyasının baş direktoru Eljbeta Penderetski LeopoldMstislav Rostropoviçlərin ev-muzeyini ziyarət ediblər.

 

Xanım E.Penderetski Bakıya Avropa Oyunlarının açılış mərasiminə həsr olunan konsert proqramı ilə əlaqədar gəlib. Onunla bərabər Polşa dirijoru Marçin Nalenç-Neşyelovskipianoçu Kjistov Yablonski də paytaxtımıza təşrif buyurub. Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Frederik Şopen, Voyçex KilarQara Qarayevin musiqiləri səslənib.

Muzeyə ziyarət zamanı qonaqlar maestronun həyat və yaradıcılığı barədə dolğun məlumat alıblar. Direktor Şeyla Heydərova muzeyin tarixindən, M.Rostropoviçin Polşa ilə sıx əlaqələrindən söz açıb. Qeyd edilib ki, muzey Polşa səfirliyi ilə birlikdə 2013-cü ildə qeyd olunanVitold Lyutoslavski ili” ilə əlaqədar musiqişünas Yeji StankeviçinLyutoslavski Qafqazda” adlı beynəlxalq layihəsinin təqdimatını keçirib. Məşhur polyak musiqiçiləri - violonçelist Y.Kalinovskipianoçu M.Şlezeriniştirak etdikləri həmin tədbirdə F.Şopen, V.Lyutoslavski, K.Penderetski, A.ŞnitkeA.Piazzolla kimi dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib. Qonaqlara 2010-2011-ci illərdə L.və M.Rostropoviçlərin ev-muzeyinin görkəmli polyak bəstəkarı F.Şopenin 200 illik yubileyi ilə bağlı tədbirlərdə iştirakı barədə də məlumat verilib.

Öz növbəsində xanım Penderetski görüş zamanı iki dahi musiqiçinin - M.RostropoviçK.Penderetskinin böyük dostluğundan və yaradıcılıq əlaqələrindən söz açıb. Qeyd edib ki, K.Penderetski M.Rostropoviç üçün bir neçə əsər yazıb.

Qonaqlar muzeyin fondundakı Polşa ilə bağlı materiallarla - “K.Penderetski mükafatı” (1999), M.Rostropoviçin F.Şopen adına Varşava Konservatoriyasının doktoru adına layiq görülməsi ilə bağlı diplom, F.Şopen, A.Şnitke və başqalarının ifası olan disklər, kitablar, notlars. eksponatlarla maraqla tanış olublar.

Sonda Ş.Heydərova qonaqlara Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dahi musiqiçi M.Rostropoviçə həsr olunmuşBöyük bakılı” kitabını hədiyyə edib.

 

Mədəniyyət.- 2015.- 19 iyun.- S. 5.