Koroğlunun Çənlibelə qayıdışı”

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi Adil BabayevinKoroğlunun Çənlibelə qayıdışı” əsərinin tamaşası Babək rayonunda nümayiş etdirilib. Rayon Mədəniyyət evində göstərilən tamaşada ölkəmizin təlatümlər, təhlükələr içərisində, daxili çəkişmələr, xarici təsirlər nəticəsində dağılmaq üzrə olduğu bir vaxtda xalqın çağırışı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin Bakıya, ölkə hakimiyyətinə qayıdışı əks olunub.

 

Mədəniyyət.- 2015.- 19 iyun.- S. 4.