Avropa Oyunlarının Bakıda keçirilməsi türk dünyasının qürurudur

 

Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin (TÖBJD) rəhbəri Güngör Yavuzaslan “Bakı-2015” Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsinin bütün türk dünyasının uğuru olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyənin də 190 idmançı ilə təmsil olunduğu bu böyük idman hadisəsinin Bakıda gerçəkləşməsi tarixi hadisədir: “Açılış mərasiminə Azərbaycan-Türkiyə qardaşlığı öz möhürünü vurdu. Türkiyəli idmançılar azərbaycanlı qardaşlarımız tərəfindən hərarətlə alqışlandılar. Bu mərasimi dünyanın bir çox ölkələrində milyonlarla teletamaşaçının izləməsi bizim üçün qürurvericidir”.

 

Mədəniyyət.- 2015.- 19 iyun.- S. 4.