I Avropa
Oyunları ilə bağlı reklam-çap
məhsulları yayılır
I Avropa Oyunlarının Bakıda keçirilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaratması ilə yanaşı, ölkəmizin mədəniyyətinin, turizm potensialının təbliği baxımından da mühüm rol oynayır.
Bu məqsədlə I Avropa Oyunları ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Bakının kafe və restoranları", "Muzeylər, qoruqlar və qalereyalar", "Teatrlar, kinoteatrlar və konsert zalları" və "Parklar" adlı yeni reklam-çap məhsulları hazırlanıb.
Oyunlar çərçivəsində
ölkəmizə səfər edən xarici
qonaqlar arasında yayılması məqsədilə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ümumilikdə 18
adda reklam-çap məhsulları
sifariş edilib. Azərbaycanın turizm
potensialını əks etdirən və müxtəlif
mövzuları əhatə edən reklam-çap
məhsullarının Bakıda, habelə I Avropa
Oyunlarının avarçəkmə
yarışlarının keçirildiyi
Mingəçevir şəhərində 20-dən artıq məntəqədə
ödənişsiz yayılması həyata keçirilir.
Mədəniyyət.- 2015.- 19 iyun.-
S. 3.