İnsan hüquqlarını qorumaq dövlətin ali məqsədidir
Azərbaycan
Respublikasının insan hüquqları
üzrə müvəkkili - Ombudsman Elmira Süleymanovanın təşəbbüsü
ilə hər il ənənəvi olaraq elan olunan
“İnsan hüquqları
aylığı” çərçivəsində bölgələrdə
tədbirlər keçirilir.
İyunun 18-də Astara rayon Mərkəzi kitabxanasında “İnsan hüquqları aylığı” ilə əlaqədar “Müasir Azərbaycan və insan hüquqlarının inkişafı” mövzusunda dəyirmi masa keçirilib. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbiri MKS-nin direktoru Tural Eyvazov açaraq insan hüquq və azadlıqları, bu sahədə müvafiq konvensiyaların və milli qanunvericiliyin əsas müddəaları haqqında məlumat verib.
Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Əliağa Novruzov, Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Vüsal Babayev, MKS-nin direktor müavini İlyas Məmmədov, metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova və oxu zalının müdiri Günel Sultanzadənin çıxışları dinlənilib. Sonda tədbir iştirakçıları oxu zalındakı hüquq təbliğat mərkəzinin fəaliyyəti ilə tanış olublar.
* * *
Ağcabədi rayon Mərkəzi kitabxanasında "İnsan hüquqlarını qorumaq dövlətimizin ali məqsədidir" başlıqlı tədbir keçirilib. MKS-nin direktoru İradə Allahverdiyeva kitabxanalarda insan hüquqları mövzusunda təşkil olunan tədbirlərdən danışıb. MKS-nin direktor müavini Təranə Məmmədova "İnsan hüquqlarını qorumaq dövlətimizin ali məqsədidir" mövzusunda məruzə edib. Rayon Polis Şöbəsinin əməkdaşları Mehman Tağıyev, Qaçay İsmayılov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nərminə Əkbərova və başqalarının çıxışları dinlənilib.
* * *
Zərdab rayon MKS-nin Mərkəzi kitabxanasında da 18 iyun - İnsan
Hüquqları Günü ilə əlaqədar
tədbir təşkil olunub.
Kitabxananın əməkdaşları Leyla
İsgəndərli, Aysel Adilqızı, Leyla Eldarzadə mövzu
ilə bağlı çıxış ediblər. Qeyd olunub ki,
Azərbaycanda insan və vətəndaş
hüquq və azadlıqlarının təmin
olunması yolunda dövlət tərəfindən
əhəmiyyətli tədbirlər görülür.
Mədəniyyət.- 2015.- 25 iyun.-
S. 15.