140 yaşlı
“Əkinçi”dən yadigar
Milli mənəvi sərvətlərimizi qoruyan, gələcək nəsillərə ərməğan edən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi tariximizin müxtəlif səhifələrini yaşadır, təbliğ edir. Muzeydə nadir əhəmiyyətə malik eksponatlar, tarixi sənədlər çoxdur. Onlardan biri də görkəmli maarifçi, alim Həsən bəy Zərdabinin 1875-ci ildə “Əkinçi” qəzetinə abunə olmaq istəyənlər üçün “Elannamə”sidir. Muzeyimizin ziyarətçiləri bu tarixi sənədi ilk dəfə Qəbələ muzeyində gördüklərini qeyd edirlər. Muzeyin direktoru Xalis Məmmədovun əldə etdiyi bu qiymətli sənəd 1980-ci illərdə muzeyimizin eksponatları sırasına daxil edilmişdir.
Bu il Azərbaycan
milli mətbuatının
140 yaşı tamam olur. Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə
bu əlamətdar yubiley ölkəmizdə geniş şəkildə
qeyd olunacaq. Biz də ölkəmizin
bütün jurnalistlərini
peşə bayramı
münasibətilə Qəbələ
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi adından təbrik edirik.
İlhamə Seyidova,
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi
Mədəniyyət.- 2015.- 24 iyun.- S. 15.