Ağ ölüm -
bəşəriyyətin bəlası
Şirvan şəhər Mərkəzi kitabxanasında “Narkomaniya ağ ölümdür” mövzusunda tədbir keçirildi. Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunmuşdu. Çıxış edənlər narkomanlığın tarixi, bugünkü vəziyyəti və acı nəticələrindən danışdılar.
Qeyd olundu ki, narkotik tərkibli vasitələr haqqında məlumatlara qədim yunan, Roma və ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Narkotik asılılığın elmi anlayışı isə ilk dəfə XVIII əsrin əvvəllərində verilmişdir. XX əsrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniya xalqların genefonduna zərbə vurur. Narkomaniyanın qarşısının alınmasında dövlət qurumları ilə yanaşı, ictimaiyyət də yaxından iştirak etməlidir. Çünki narkomaniya ilə mübarizə gələcəyimiz uğrunda mübarizə deməkdir.
Tədbir iştirakçıları sonda “Narkomaniya ilə mübarizə ümumxalq işidir” adlı kitab sərgisi ilə tanış oldular.
Eldar Qəmərli,
Şirvan Şəhər Mədəniyyət
və Turizm Şöbəsinin əməkdaşı
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 15.