Özbəkistan saytında “İstisu” haqqında məqalə

 

Özbəkistanın podrobno.uz portalında Azərbaycanın müalicəvi “İstisumineral suyu haqqında rus dilində material dərc olunub.

Məqalədə min dərdin dərmanı olanİstisumineral su mənbəyinin Ermənistanın işğal etdiyi Kəlbəcər rayonu ərazisində olduğu bildirilir. Qeyd olunur ki, bu şəfalı suyun qaynadığı ərazi dəniz səviyyəsindən 2225 metr yüksəklikdə yerləşir. Sovet dövründə - 1928-ci ildə burada sanatoriya tikilib və “İstisubütün dünyada məşhurlaşıb.

Materialdaİstisu” kimyəvi və fiziki keyfiyyətlərinə görə Çexiyadakı məşhur Karlovı Varı mineral suları ilə müqayisə edilir. Məqalədə 1993-cü ildən işğal altında olan Kəlbəcər rayonunun füsunkar təbiəti, eləcə də Azərbaycanın digər regionlarındakı müalicəvi su mənbələri haqqında da məlumat verilir.

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 12.