Paytaxtımız
Avropanın ən maraqlı 10 şəhəri
siyahısında
«Lonely Planet» nəşri Avropanın ən maraqlı yerlərinin siyahısını təqdim edib. Azərbaycanın paytaxtı Bakı da bu siyahıda yer alıb. Bakı ilk onluqda 7-ci sırada qərarlaşıb. Bakı postsovet ölkələrindən siyahıda yer tutan yeganə şəhər olub. Nəşrdə Bakının qitənin ən tez dəyişən şəhərlərindən biri olduğu qeyd olunub: «Şəhərin sovet zamanındakı görünüşü sürətlə Dubay və Paris parıltısı ilə əvəz olunur». Heydər Əliyev Mərkəzinin, İçərişəhərin və Alov qüllələrinin adları xüsusi vurğulanır.
Qeyd edək ki, Bakının ilk onluğa düşməsi həmçinin paytaxtımızda keçirilən Avropa Oyunları ilə bağlılığı ola bilər. Belə ki, hazırda Avropa idman ictimaiyyətinin fikri Bakıdadır və əcnəbilərin Bakını maraqlı şəhərlərdən biri kimi qeyd etməsi də təbii görünür. Nəşrin hazırladığı Avropanın ən maraqlı məkanların ilk onluğu isə belədir: Akureyri (İrlandiya), Leypsiq (Almaniya), Azor adaları (Portuqaliya), Malaqa (İspaniya), Belqrad (Serbiya), Piedmont (İtaliya), Bakı (Azərbaycan), Amsterdam (Niderland), Tromse (Norveç) və Porto (Portuqaliya).
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 9.