Turizm Menecment Universitetinin Elmi Şurasının yekun iclası

 

Azərbaycan Turizm Menecment Universiteti (ATMU) Elmi Şurasının 2014/2015-ci tədris ilinin yekunlarına dair iclası keçirilib. ATMU -nin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, rektor Cəfər Cəfərov tədris ilinin yekunları ilə yanaşı, ölkənin turizm sənayesi, 2023-cü ilə kimi ixtisaslı kadr hazırlığı əmək bazarı göstəricilərinin müqayisəli təhlili barədə söz açıb.

ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov, keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, institut dekanları digər müvafiq struktur rəhbərlərinin 2014/2015-ci tədris ilinin yekunları 2015/2016-cı tədris ilinə hazırlığın vəziyyəti haqqındakı məruzə çıxışları geniş müzakirəyə səbəb olub.

İclasda həmçinin universitetin doktorant dissertantlarının fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqiqat mövzularının elmi rəhbərlərinin təsdiqi Əlaqələndirmə Şurasına tövsiyə edilib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 9.