“Milli mətbəx paytaxtı”nda
festival
"Bəsləsən atlas olar
tut yarpağından"
Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı
paytaxtları” layihəsinə
əsasən 2015-ci ildə
Azərbaycanın “Milli
mətbəx paytaxtı”
elan edilən Qax rayonunda bu
münasibətlə müxtəlif
tədbirlər keçirilir.
İyunun 22-də rayon Mədəniyyət və
Turizm Şöbəsinin
təşkilatçılığı ilə Qum kəndində gerçəkləşən "Bəsləsən atlas olar
tut yarpağından" adlı
ümumrayon festivalında
tutdan hazırlanan mətbəx nümunələri
nümayiş olunub.
Festival tut ağacının budaqlarının sirkələnərək
meyvənin yığılması
mərasimi ilə başlayıb. Sonra iştirakçılar tutdan
mətbəx nümunələrinin
bişirilmə qaydaları
ilə əyani tanış olublar. Tədbirdə rayonun müxtəlif
kəndlərinin tutdan
hazırlanan özünəməxsus
mətbəx nümunələri
nümayiş olunub.
Festivalda iştirakçıların hazırladıqları
nemətlərin çeşidinə,
dadına görə müsabiqə də təşkil edilib. Fərqlənənlər Mədəniyyət və
Turizm Şöbəsinin
diplom və xatirə hədiyyələri
ilə mükafatlandırılıblar.
Rayon Mədəniyyət mərkəzinin "Çeşmə"
instrumental ansamblının, Qum kənd Mədəniyyət
evinin rəqs kollektivinin çıxışları
tədbirə xoş ovqat bəxş edib.
Festivalda rayonun sənətkarlarından
Hekayət Xəlilovanın,
Tural Manafovun əl işlərindən
ibarət satış-sərgi
və qədim məişət əşyalarının
sərgisi də təşkil edilib.
Tədbirdə Qax Rayon İcra Hakimiyyəti
başçısının müavini Vəfa
Heydərova, idarə və təşkilatların nümayəndələri,
qonşu rayonların mədəniyyət
və turizm şöbələrinin
nümayəndələri də iştirak
ediblər.
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 8.