“Azərbaycana xoş gəlmisiniz!”
Dnepr ilə Xəzəri birləşdirən
fotosərgi
Dnepropetrovsk şəhərində “Azərbaycan-Ukrayna Gənclər İttifaqı” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm potensialına və birinci Avropa Oyunlarına həsr olunmuş orijinal tərzli fotosərgi keçirilib. “Fotosuşka” (fotoqurutma) adlanan bu layihənin mahiyyəti bundan ibarətdir ki, iştirakçılar çəkdikləri fotoları paltar sıxacı ilə ipdən asaraq əl işlərini mübadilə edirlər. İştirakçı öz çəkdiyi fotonu imzalaya, o biri üzündə əlaqə koordinatlarını, yaxud şəklin gələcək sahibinə ürək sözlərini yaza bilər.
“Fotosuşka” iştirakçıları üçün iki böyük zal icarəyə götürülüb. Yüzdən çox iştirakçı təqdim olunan fotolarda Azərbaycanın və birinci Avropa Oyunlarının paytaxtı Bakının gözəlliklərinə heyran qalıb. Azərbaycanla bağlı bütün fotolar götürülüb. Bir çoxları Odlar yurduna getmək arzusunda olduqlarını bildiriblər.
Tədbirin təşkilatçıları Azərbaycan
şirniyyatı süfrəsi də açıblar. “Plan B” və “Çayka Livinqston” musiqi
qruplarının gənc və istedadlı üzvləri
qonaqları öz
çıxışları ilə sevindiriblər.
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 8.