Nobel qardaşlarının
Bakıdakı fəaliyyətindən bəhs edən film çəkilir
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən qısametrajlı film çəkilir. “Postskriptum” adlı ekran əsərinin ssenari müəllifi Ramiz Fətəliyev və Emin Mirabdullayev, rejissoru Emin Mirabdullayev operatoru Əli Sultan, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli canlandırır. Həmçinin əməkdar artistlər
Ayşad Məmmədov,
Eldar Bağırbəyov
və digərləri
rol alıb. Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti,
Bakı nefti ilə tanışlığı
və onların şəhərdə bundan
sonrakı fəaliyyətini
özündə əks
etdirir.
Lalə
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 4.