Muzey əşyalarının bərpası
müzakirə olunub
İyunun 18-də Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində elmi bərpa şurasının iclası keçirilib. İclasda son aylar ərzində mərkəzdə bərpa və konservasiya olunmuş Yevlax, Lerik, Masallı, Ağsu, Astara və digər bölgələrin tarix-diyarşünaslıq muzeylərinin, Azərbaycan Milli İncəsənət Muzeyinin, Əzim Əzimzadənin ev-muzeyinin toplularından xalça, xalça məmulatı, qrafika, tikmə, parça, metal, ağac və s. - ümumilikdə 50-dək muzey əşyasına baxış keçirilib.
Muzey əşyaları üzərində aparılan bərpa və konservasiya işləri qənaətbəxş qiymətləndirilib. Eyni zamanda Milli İncəsənət Muzeyinin 10 ədəd qrafika, 3 ədəd tikmə nümunəsinin bərpasının yüksək peşəkarlıqla aparıldığı qeyd olunub.
İclasda Mədəniyyət və Turizm
Nazirliyinin göstərişinə əsasən
bərpa məqsədilə mərkəzə gətirilmiş
nümunələrə - Astara, Ağsu, Masallı tarix-diyarşünaslıq,
Azərbaycan Xalça və Milli İncəsənət muzeylərindən
daxil olmuş 200-ə
yaxın əşyaya ilkin baxış
keçirilərək zədələnmə dərəcələri,
səbəbləri və bərpa üsulları müzakirə
olunub.
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 4.